Şahmatçımız dünya kubokunda növbəti mərhələyə vəsiqə qazandı

Hazırda oxunan: Şahmatçımız dünya kubokunda növbəti mərhələyə vəsiqə qazandı

28846

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün şahmatçılarımız cavab oyunlarında iştirak ediblər.

Otuzikidəbir finalda qadın şahmatçılarımızdan Günay Məmmədzadə sloveniyalı Laura Unuku 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi


Şahmatçılarımızdan Şəhriyar Məmmədyarovun braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasovun ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Javakişvili ilə oyunları heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə mübarizə aparacaqlar. 

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO