Fransa millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Fransa millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Hazırda oxunan: Fransa millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI
273636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, baş məşqçi Didye Deşam D qrupu çərçivəsində oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya millisinə qarşı baş tutacaq matçlara 23 futbolçu dəvət edib.

Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”);

Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Qyusto (“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Manu Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Adrien Rabyo (“Milan”, İtaliya), Kefren Türam (“Yuventus”, İtaliya);

Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkola (PSJ), Kinqsli Koman (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Uqo Ekitike (“Liverpul”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku (“Milan”, İtaliya).

Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO