Azərbaycanın futbol millisi III MDB Oyunlarına qələbə ilə başladı – FOTO

Azərbaycanın futbol millisi III MDB Oyunlarına qələbə ilə başladı – FOTO

Hazırda oxunan: Azərbaycanın futbol millisi III MDB Oyunlarına qələbə ilə başladı – FOTO
272697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, sentyabrın 27-də Qəbələ şəhər stadionunda futbol yarışlarına start verilib.

Bizim.Media xəbər verir ki, birinciliyin ilk oyununda Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan (U-16) millisi Tacikistanın U-16 komandası ilə qarşılaşıb.

Oyuna başlamazdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş Azərbaycan millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qolu 29-cu dəqiqədə Nihad Hüseynzadə vurub.

Günün ikinci matçında isə Belarus və Rusiya komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, futbol yarışında 6 ölkənin - Azərbaycan, Tacikistan, Qırğızıstan, Belarus, Rusiya və Özbəkistanın komandaları mübarizə aparırlar. Yarışlara oktyabrın 4-də yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO