Messi göz yaşlarını saxlaya bilmədi: Azarkeşlər onunla belə vidalaşdı - FOTOLAR

Messi göz yaşlarını saxlaya bilmədi: Azarkeşlər onunla belə vidalaşdı - FOTOLAR

Hazırda oxunan: Messi göz yaşlarını saxlaya bilmədi: Azarkeşlər onunla belə vidalaşdı - FOTOLAR
268977
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Buenos-Ayresdə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentina – Venesuela oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, matçdan əvvəl ənənəvi isinmə zamanı Argentina millisinin kapitanı Lionel Messi göz yaşlarını saxlaya bilməyib. Buna səbəb azarkeşlərin onun üçün səsləndirdiyi şüarlar və "hər şey üçün çox sağ ol, kapitanım", - deyə pankart açması olub. Bu görüş onun yığmada sonuncu rəsmi ev oyunu olub.

Görüşə gəlincə, Argentina yığması Venesuelanı 3:0 hesabı ilə məğlub edib. Lionel Messi dubl edib, daha bir qolu isə Kristian Romero vurub.

Argentina millisi vaxtından əvvəl Cənubi Amerika seçmələrinin qalibi olub. Venesuela isə son tur ərəfəsində 7-ci pillədə qərarlaşıb. Seçmənin son turunda "tanqoçular" səfərdə Ekvadorla qarşılaşacaq. (Publika.az)

Messi göz yaşlarını saxlaya bilmədi: Azarkeşlər onunla belə vidalaşdı - FOTOLAR - foto 1
Messi göz yaşlarını saxlaya bilmədi: Azarkeşlər onunla belə vidalaşdı - FOTOLAR - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO