Milli komandamızın heyəti AÇIQLANDI

Milli komandamızın heyəti AÇIQLANDI

Hazırda oxunan: Milli komandamızın heyəti AÇIQLANDI
267622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya (5 sentyabr) və Bakıda Ukrayna (9 sentyabr) yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Bizim.Media xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Futbolçusu milliyə ən çox dəvət alan klub “Qarabağ” olub. Ağdam təmsilçisindən 7 futbolçu heyətə çağırılıb.
 

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:


Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”)

Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı “Qarabağ”), Qismət Alıyev (“Zirə”), Elvin Bədəlov (“Neftçi”), Cəlal Hüseynov (“Arda” Bolqarıstan), Rəhman Daşdəmirov (“Sabah”), Anton Krivotsyuk (“Daejeon Hana Siti”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Ceyhun Nuriyev (“Zirə”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Sabah”), Ozan Can Kökçü (“Volendam” Niderland), Şahin Şahniyarov (“Qəbələ”)

Hücumçular: Mahir Emreli (“Kayzerslautern”, Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı (hər ikisi “Qarabağ”), Renat Dadaşov (“Motor”, Polşa), Xəyal Əliyev (“Sabah”).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO