“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT

“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT

Hazırda oxunan: “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT
267284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi bu gün “Qarabağ” – “Ferentsvaroş” qarşılaşması baş tutacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat  20:45-də start götürəcək.

Qeyd edək ki, komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Təbii ki, bu günki qarşılaşmaya çox böyük azarkeş marağı var. Ona görə də stadiona bilet axtaranların sayı-hesabı yoxdur. Amma bilet əldə etmək müşkülə çevrilib.

Belə ki, avqustun 22-də saat 14:30-da bu qarşılaşmanın biletləri onlayn qaydada satışa çıxarıldı. Amma necə oldusa biletlərin satışını həyata keçirən “İticket.az” saytının səhifəsi anındaca çökdü. Nəticədə bir neçə saat səhifəyə daxil olmaq mümkün olmadı. Nəhayət uzun fasilədən sonra səhifə bərpa olundu və məlum oldu ki, biletlərin tam əksəriyyəti satılıb. Yalnız bir iki yer və VİP biletlər qalıb. Qısa zamanda bu biletlər də satıldı.

Çox qəribədir ki, az müddət sonra müxtəlif sosial səhifələrdə “Qarabağ” – “Ferentsvaroş” oyununa bilet satanlar peyda oldu. Çoxlu sayda insan azarkeşlərə baha qiymətə bilet təklif edir.

Maraqlıdır ki, bu biletləri həmin işbazlar necə əldə edib?

Diqqət çəkən məqamlardan biri də odur ki, bilet təklif edənlərin bəziləri dələduzlardır. Onlar azarkeşdən əvvəlcə beh tələb edir. Daha sonra isə yoxa çıxırlar.

Beləcə minlərlə azarkeş bilet əldə etmək üçün müxtəlif yollara əl atmaq məcburiyyətində qalıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Qarabağ”ın qatı azarkeşi, millət vəkili Aqil Abbas deyir ki, səhhəti ilə bağlı stadiona getməyəcək:
 

“Stadionda çox həyəcanlanıram. Ona görə də bilet axtarmamışam deyə vəziyyətdən xəbərim yoxdur. Amma bildiyim qədər bu ilk dəfədir ki, belə hal baş verir. Əgər ortada hansısa qaranlıq məsələ varsa, qoy onda azarkeşlər hüquq mühafizə orqanlarına müraciət etsinlər”.


Məsələ ilə bağlı “İticket.az” saytının mövqeyini öyrənmək cəhdlərimiz də baş tutmadı. Saytdan heç kim zənglərimizi açmadı.

“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT - foto 1
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT - foto 2

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO