Universiadada gimnastlarımız 2 qızıl, 1 gümüş medal qazandı - FOTO

Universiadada gimnastlarımız 2 qızıl, 1 gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Universiadada gimnastlarımız 2 qızıl, 1 gümüş medal qazandı - FOTO
260878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında gimnastlarımız tarixi uğura imza atıblar.

Bizim.Media xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar.

Lent ilə proqramda da birinciliyi qoruyan komanda 22.850 xalla yenə kürsünün ilk pilləsində yer alıb. Qrup hərəkətləri komandamız üç top və iki halqa ilə proqramda isə 23.950 xalla gümüş medalın sahibi olub.

Bu, qızlarımızın tarixə yazdığı bir qələbədir. Universiadalar tarixində gimnastlarımızın qrup hərəkətləri komandası tərkibində ilk uğurudur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO