“Bu oyunadək şansımız çox idi” - Şenol Güneş 

“Bu oyunadək şansımız çox idi” - Şenol Güneş 

Hazırda oxunan: “Bu oyunadək şansımız çox idi” - Şenol Güneş 
25105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uels millisi gözəl oyun nümayiş etdirdi. Futbolçularımın da çoxlu sayda qol vurmaq şansı oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədilər. 

Bizim.Media xəbər verir ki, bunu “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Uels yığmasına 0:2 hesabı ilə məğlub olan Türkiyə seçməsinin baş məşqçisi Şenol Güneş oyundan sonra deyib. 

Mütəxəssis bildirib ki, İsveçrə ilə müqayisədə Uels millisi bizə qarşı daha aqressiv oynadı. Amma buraxılan qol bizə mənfi təsir etdi.

Top itkilərimiz çox oldu. Rəqibə çox boş sahə verdik, onlar da istədikləri qolu vurdular. Daha yaxşı nəticə qazana bilərdik. Bu oyunadək şansımız çox idi. Amma bu məğlubiyyətdən sonra vəziyyətimiz pisləşdi. 
 
A qrupunun birinci oyununda Türkiyə millisi İtaliyaya 0:3 hesabı ilə uduzub. Uels isə İsveçrə ilə heç-heçə edib – 1:1. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə qarşılaşmasına və iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO