“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını TƏMİN ETDİ

“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını TƏMİN ETDİ

Hazırda oxunan: “Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını TƏMİN ETDİ
249895
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Misli Premyer Liqasında 35-ci tur start götürüb.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. Qarşılaşmaların hamısı eyni vaxtda start götürüb. Bu da 3 və 4-cü yerlərin sahiblərinin müəyyənləşməsi ilə bağlıdır.

“Araz-Naxçıvan” səfərdə “Şamaxı”nın qonağı olub. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Naxçıvan klubu xal sayını 58-ə çatdıraraq üçüncü yeri və növbəti mövsümdə UEFA Konfrans Liqasında oynamağı təmin edib. "Şamaxı" isə 36 xalla 7-ci yerdədir.

“Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkib. Vaqif Cavadovun istefaya göndərilməsindən sonra bu matça “Sumqayıt”ı Vurğun Hüseynov çıxarıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Tovuzlular bu qələbədən sonra xal saylarını 52-ə çatdıraraq dördüncü yeri təmin edib. "Sumqayıt" 30 xalla 9-cu yerdə qərarlaşıb.

Digər matçda isə artıq gümüş medalı təmin edən “Zirə” “Sabah”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Beləliklə, "Zirə" xal sayını 71-ə çatdırıb. "Sabah" isə 45 xalla 5-ci yerdədir.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

17 may (şənbə)

17:00. "Sumqayıt" - "Turan Tovuz" - 0:1

Qol: Emmanuel Hakman, 30

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. "Zirə" - "Sabah" - 1:1

Qollar: Georgi Papunaşvili, 26 (1:0), Pavol Şafranko, 67 (1:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu

17:00. "Şamaxı" - "Araz-Naxçıvan" - 0:1

Qol: Felipe Santos, 44 (0:1)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Şamaxı şəhər stadionu

18 may (bazar)

17:00. "Neftçi" - "Səbail"

19:00. "Qarabağ" - "Kəpəz"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO