Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına 3 vəsiqə qazandı - FOTO

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına 3 vəsiqə qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına 3 vəsiqə qazandı - FOTO
24654
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından Parisdə olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı, Tokio Yay Olimpiya Oyunlarına lisenziyaya da sahib olub.

Bizim.Media xəbər verir ki, kişilərin kumite üzrə baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyevin, həmçinin qadınların baş məşqçisi Denis Morozov və kata üzrə baş məşqçi Vahid Ayvazovun Paris olimpiya təsnifat turnirində müşayiət etdiyi digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qyrbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 7 medal qazandı - Rafael Ağayev çempion ola bilmədi... - FOTO


İyunun 11-13-də turnirdə 98 ölkədən 500 karateçinin olimpiya vəsiqələri uğrunda mübarizəsini idarə edənlər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.

"Pyer de Kubertyen" arenasında yarışın hər kateqoriyasında ilk üçlük olimpiya lisenziyaları qazanıb.

Qeyd edək ki, Tokio 2020-nin iştirakçılarından ilk 40 idmançının adları Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarında xüsusi olimpiya reytinqinin ilk 4 pilləsi ilə təyin edilib.

Daha 24 idmançı Fransanın paytaxtında xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanıb. 12 əlavə olimpiya vəsiqəsi isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək.

Qalan 4 karateçiyə olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə veriləcək.

Tokio 2020 Olimpiadasında 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Tokio Olimpiadasının karate yarışları avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO