AVRO-2020: Türkiyə millisi Bakıya gəldi - FOTO

Hazırda oxunan: AVRO-2020: Türkiyə millisi Bakıya gəldi - FOTO

24568

Futbol üzrə Türkiyə millisi Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi az əvvəl paytaxtımıza çatıb.

A qrupunda mübarizə aparan “ay-ulduzlular” Romada İtaliyaya 0:3 hesabı ilə uduzduqdan sonra Azərbaycana səfər edib.

Bakı vaxtı ilə 14:00-da Romadan çıxan Şenol Günəşin komandası təxminən 5 saatlıq uçuşdan sonra ölkəmizə çatıb. Qrupdakı son iki görüşünə Bakıda hazırlaşacaq qonşu ölkə təmsilçisinin futbolçu və məşqçi heyəti ilə yanaşı TFF rəsmiləri də Azərbaycana gəliblər.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.(apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO