Boks millimiz Gimnaziadanı 21 medalla başa vurdu

Boks millimiz Gimnaziadanı 21 medalla başa vurdu

Hazırda oxunan: Boks millimiz Gimnaziadanı 21 medalla başa vurdu
243762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi daha 4 qızıl və 3 gümüş medal qazanıb.

Komandamızın heyətində Nəsrin Abdullazadə (38 kiloqram) finalda Lyudmila Vasilçenkoya (Ukrayna), Tunca Mürşüdova (40 kiloqram) Yelizaveta Kalişçuka (Ukrayna), Xumar Cəfərli (Azərbaycan) Valeriya Bazilyuka (Ukrayna) və Babək Abdullayev (40 kiloqram) Andrey Çaşuya (Rumıniya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həlledici görüşdə məğlub olan İsmayıl Aslanlı (50 kiloqram), Sabir Rüstəmov (57 kiloqram) və Kəmalə Həsənova (54 kiloqram) gümüş medalla kifayətləniblər.

Beləliklə, Gimnaziadada 22 idmançı ilə mübarizə aparan boks millisi Oyunları 21 medalla başa vurub. Komandamız 9 qızıl, 8 gümüş və 4 bürünc mükafat əldə edib.

Boksçularımızdan daha öncə Aysan Miriyeva (46 kiloqram), Nurlan Müseyibli (66 kiloqram), Zirəddin Rüstəmli (70 kiloqram), Mehran Rəsulov (75 kiloqram) və Yusif Ağakişiyev (80 kiloqram) birinci yeri tutublar. Aişə Muradova (44 kiloqram), Amir Həsənov (48 kiloqram), Nuray Qafarova (48 kiloqram), Leyla Mahmudlu (51 kiloqram), Sərxan Haqverdiyev (63 kiloqram) gümüş, Kazım Baxışov (42 kiloqram), Azad Məmmədli (44 kiloqram), Yusif Əli (52 kiloqram) və Nəriman Əli (54 kiloqram) bürünc medala sahib olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO