Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə 1-ci oldu - FOTO

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə 1-ci oldu - FOTO

Hazırda oxunan: Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə 1-ci oldu - FOTO
242747
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İkinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.

Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə -81 kq çəkidə gümüş medala sahibi olub.
 

Qadınlar arasında - 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. -57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal əlavə edib.


İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdı.

Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə 1-ci oldu - FOTO - foto 1
Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə 1-ci oldu - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO