Qurban Qurbanov: “Olimpiakos”la oyuna hazırlaşmaq asan deyil”

Qurban Qurbanov: “Olimpiakos”la oyuna hazırlaşmaq asan deyil”

Hazırda oxunan: Qurban Qurbanov: “Olimpiakos”la oyuna hazırlaşmaq asan deyil”
232346
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının son turunun "Olimpiakos"la oyunu üçün Pireyə yola düşərkən Heydər Əliyev adına Beynəlxalq hava limanında müsahibə verib. 

Bizim.Media xəbər verir ki, "CBC Sport"a danışan Ağdam klubunun çalışdırıcısı oyun haqda bunları deyib:
 

"Hazırlaşmaq üçün vaxtımız az oldu. Son iki məğlubiyyətdən sonra "Olimpiakos"la oyuna hazırlaşmaq bir o qədər asan deyil. Oyunun bizim üçün mahiyyəti olmasa da, bilirik ki, azarkeşlərimiz həmin matçı səbirsizliklə gözləyəcək. Bizdən yaxşı oyun və yaxşı nəticə gözləyəcəklər. 


Çalışacağıq ki, "Olimpiakos"la görüşdə var gücümüzlə ən yaxşısını edək. Yaxşı oyunla, yaxşı nəticə ilə geri dönmək haqda düşünürük".

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" görüşü yanvarın 30-da keçirləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO