Millimiz tarixi qələbə qazandı

Millimiz tarixi qələbə qazandı

Hazırda oxunan: Millimiz tarixi qələbə qazandı
231789
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa çempionatının ilkin mərhələsi çərçivəsində bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi B qrupunda ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, millimiz Kosovoya qalib gəlib. Hesabı rəqib komanda açsa da, futzalçılarımız ardıcıl 4 qol vurublar. Komandamız növbəti oyununu sabah – yanvarın 26-da San Marinoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa çempionatı. İlkin mərhələ

Azərbaycan – Kosovo - 4:1 (1:1)

Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)

Qollar: Hüseyn Cəfərzadə, 17:39, Ədalət Ələkbərov, 22:22, 35:47, Rəvan Məsiyev, 31:34 - Valmir Musoli, 5:12

Azərbaycan: 12. Əli Həsənzadə (q), 5. Rəvan Məsiyev, 7. Ədalət Ələkbərov, 10. Nazim Hüseynov, 14. Rəvan Quliyev, 1. Hüseyn Əbdülov (q), 2. Umud Qasımov, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə (k), 11. Bəyoğlan Vəlizadə, 13. Ümüd Qəhrəmanov

Baş məşqçi: İlqar Aslanov

Kosovo: 1. Lorind Kadriu (q), 7. Erjon Jaşaniça (k), 8. Engjell Mehmeti, 9. Valmir Musoli, 10. Donart Sila, 12. Alton Buguyevçi (q), 3. Lis Berişa, 4. Lision Mehmeti, 5. Hasani Hisen, 6. Ermal Sadiku, 11. Fatos Musliu, 13. Yll Abazi

Baş məşqçi: Suad Keçi

25 yanvar. Serravalle. Multievent Sport Domus.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO