Ronaldu “Real”dan gedəcəyini bildirib

Ronaldu “Real”dan gedəcəyini bildirib

Hazırda oxunan: Ronaldu “Real”dan gedəcəyini bildirib

227684
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu hələ çempionlar liqasının finalı ərəfəsində komanda yoldaşlarına “Real”dan ayrılmaq qərarına gəldiyini bildirib.

Bu haqda “Marca” məlumat yayıb.

Nəşrin məlumatına görə, portuqaliyalı forvard öz niyyətini heç kimdən gizlətməyib və klub rəhbərliyi ilə onun arasında “soyuq yellərin əsdiyini” açıq şəkildə ifadə edib.

Ancaq Ronaldunun “Liverpul” üzərində qələbədən dərhal sonra jurnalistlərə verdiyi açıqlamada klubda gedəcəyinə eyham vurması komanda yoldaşlarını təəccübləndirib.xa0 Bəzi “Real” futbolçuları Ronalduya öz iradlarını bildirib.

Kral klubunun rəhbərliyi hələlik bu barədə sussa da, oyunçuların əksəriyyəti onun “Real”da sonuncu matçını keçirdiyinə əmindir.

Xatırladaq ki, mayın 26-da “Real”ın heyətin meydana çıxan Ronaldu Çempionlar Liqasının beşinci dəfə qalibi olaraq, turnirin rekordçusuna çevrilib.xa0 “Liverpul”a qarşı keçən vəxa0 3:1 hesabı ilə nəticələnən matçda Ronaldu fərqlənə bilməyib.

Ronaldu 2009-cu ildən bəri “Real”ın şərəfini qoruyur.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO