Şəhriyar Məmmədyarov ilin son reytinqində 16-cı pillədə qərarlaşdı

Şəhriyar Məmmədyarov ilin son reytinqində 16-cı pillədə qərarlaşdı

Hazırda oxunan: Şəhriyar Məmmədyarov ilin son reytinqində 16-cı pillədə qərarlaşdı
223172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2024-cü ilin son reytinqindəki mövqeləri bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında bildirilib.

Şəhriyar Məmmədyarov (2738 xal) 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698 xal) 33-cü, Rauf Məmmədov (2656 xal) 69-cı sıradadır.

Siyahıya norveçli Maqnus Karlsen (2831 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805 xal) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802 xaç) üçüncüdür.

Qadınlardan Günay Məmmədzadə (2421 xal) 36-cı, Gövhər Beydullayeva (2404 xal) 43-cü, Ülviyyə Fətəliyeva (2381 xal) 67-ci, Xanım Balacayeva (2362 xal) 83-cü yerdədir.

Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2561) qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO