Azərbaycan Premyer Liqasında bu gün X tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün X tura yekun vurulacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu gün X tura yekun vurulacaq
216878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edəcək.

Komandalar müvafiq olaraq turnir cədvəlində 15 xalla dördüncü və beşinci pillələrdə qərarlaşıblar. Bu səbəbdən tərəflərin duelini 6 xallıq görüş kimi qiymətləndirmək olar. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq matçın start fiti saat 17:30-da səslənəcək.
 

Turun bağlanış qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Turan Tovuz" arasında reallaşacaq.


I dövrəni 3-cü pillədə başa vuran qərb təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir. Doğma publika önündə çıxış edən "Sumqayıt" isə hazırkı yer aldığı 9-cu pillədən qurtulmaq üçün xal və ya xallar qazanmağa çalışacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

20 oktyabr

17:30.“Zirə” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Zirə Olimpiya İdman Kompleksi.

20:00.“Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO