Ölkəmiz Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

Ölkəmiz Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

Hazırda oxunan: Ölkəmiz Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
207567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçıları Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmələr arasında təşkil olunacaq Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya bildirilib ki, turnirdə ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, eləcə də Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri qüvvələrini sınayacaqlar. 

Azərbaycan nüfuzlu yarışda ümumilikdə 40 iti zəka sahibi ilə təmsil olunacaq.

Turnirdə 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaqlar.

Avqustun 22-də start götürəcək Avropa çempionatına ayın 31-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO