AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO

AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO

Hazırda oxunan: AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO
192770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA-nın təşkil etdiyi AFFA Yüksək Qızlar Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, sonuncu – 18-ci turda “İnter” (Xaçmaz) üzərində 14:0 hesablı qələbə qazanan “Neftçi” komandası yarışın qalibi olub.

“Sumqayıt” ikinci, “Baku Juniors” isə üçüncü yeri tutublar.

Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər də bəlli olub. “İnter”in futbolçusu Bədriyyə Mavludova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin üzvü Günay İsmayılova ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 77 qol vuran “Neftçi”nin oyunçusu Aysun Seydiyeva isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

THY Futbol Mərkəzində təşkil edilən mərasimdə mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və “Neftçi” klubunun baş icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər.
Təltifetmə zamanı çəkilən fotolar AFFA saytında yayımlanıb.

AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO - foto 1
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO - foto 2
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO - foto 3
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO