“Barselona” 7 illik müqavilə bağladığı futbolçunu SATIR

“Barselona” 7 illik müqavilə bağladığı futbolçunu SATIR

Hazırda oxunan: “Barselona” 7 illik müqavilə bağladığı futbolçunu SATIR
192120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Barselona”nın hücumçusu Vitor Roke yay transfer pəncərəsində klubu tərk edəcək. 

Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı forvardla vidalaşmağa hazırdır. 

Qeyd olunur ki, “Barselona”nın baş məşqçisi Xavi 19 yaşlı futbolçunun oyununa güvənmir. Artıq klubun məşqçilər korpusu direktorlar şurasına bildiriblər ki, Roke “Barselona” səviyyəsində futbolçu deyil.

Bundan əvvəl isə futbolçunun agenti oyun şansı qazanmayacağı təqdirdə Rokenin Kataloniya klubunu tərk edəcəyini bildirmişdi.

Qeyd edək ki, V. Roke bu ilin yanvar ayında Braziliyanın “Atletiko Paranaense” klubundan böyük ümidlərlə transfer olunmuşdu. "Barselona" ilə 2031-ci ilin yayına qədər sözləşməsi olan hücumçunun transfer qiyməti 40 milyon avro məbləğində dəyərləndirilir. O, bu mövsüm “Barselona”da 13 oyun keçirərək 2 qol vurub. 

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO