Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal QAZANDI 

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal QAZANDI 

Hazırda oxunan: Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal QAZANDI 

190395

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülükdə buna nail olub. 

Hakimlər onların çıxışını 71 550 xalla qiymətləndiriblər. 

Bu proqramda İsrail yığması birinci, İtaliya seçməsi isə ikinci yeri tutub. 

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Yarışa mayın 5-də yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO