FIFA prezidenti

FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB

Hazırda oxunan: FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB

189228

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş "Qarabağ" klubunu təbrik edib.

Bizim.Media xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.", - məktubda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO