“Neftçi”nin legioneri Rumıniyaya qayıdacaq?

Hazırda oxunan: “Neftçi”nin legioneri Rumıniyaya qayıdacaq?

188238

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər.

Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu “ÇFR Kluj”un maraq dairəsindədir.

Bu barədə “sportmedia.ro” saytı xəbər yayıb. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, “ÇFR Kluj”un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmin komandada başlayacaq:

"Məncə, Dan Petresku Matiası geri qaytarmaq üçün bütün gücünü səfərbər edəcək. O, “Kluj”a baş məşqçi təyin edilərsə, ilk transfer Yuri olacaq".

Qeyd edək ki, “Neftçi” Yuri Matiası yayda məhz “Kluj”dan transfer edib. Onun “ağ-qaralar”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu,  Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO