Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun final gününə start verildi - FOTO

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun final gününə start verildi - FOTO

Hazırda oxunan: Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun final gününə start verildi - FOTO

188221

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə idmançımız Zöhrə Ağamirova fərdi yarışda iki növ proqramda iştirak edəcək. O, halqa və lentlə çıxışını nümayiş etdirəcək.

Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandası da iki finalda mübarizə aparacaq. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda beş halqa, həmçinin üç lent və iki top ilə çıxış edəcək.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO