
- A-
- A
- A+
İdman
21:37 / 19.04.2024
1 dəq oxunma
Zöhrə Ağamirova Dünya Kubokunun finalına vəsiqə qazandı
Hazırda oxunan: Zöhrə Ağamirova Dünya Kubokunun finalına vəsiqə qazandı
188010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya kubokunda finala yüksəlib.
Bizim.Media xəbər ki, o, halqa ilə çıxışda 33,650 xal toplayaraq, həlledici mərhələyə vəsiqə qazanıb.
Zöhrə təsnifat mərhələsini 4-cü pillədə başa vuraraq, ən güclü 8 gimanst arasında yer alıb.
Çoxnövçülükdə 64,200 xal toplayan Ağamirova 12-ci yerdə qərarlaşıb. Dünya çempionu Darya Varfolomeyeva halqa və topla çıxışda lider mövqeyini tutur. Almaniyalı gimnast 71,200 bal toplayıb.
Növbəti yerləri bolqar Elvira Krasnobayeva (69,750) və italiyalı Sofiya Raffaeli (67,400) qərarlaşıb.
Qeyd edək ki, sabah Dünya kubokunda ilk qaliblər bəlli olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































