Avropa Liqasında yarımfinalçılar MÜƏYYƏNLƏŞDİ 

Hazırda oxunan: Avropa Liqasında yarımfinalçılar MÜƏYYƏNLƏŞDİ 

187906

Avropa Liqasında 1/4 final mərhəsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki “Bayer” “Vest Hem”lə, “Atalanta” “Liverpul”, “Roma” isə “Milan”la duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər. 

“Benfika” ilə qarşılaşan Marsel “Olimpik”i isə buna penaltilər sayəsində nail olub. Beləliklə, Avroliqanın yarımfinalında Marsel “Olimpik”i ilə “Atalanta” qarşılaşacaqsa, “Roma” “Bayer”lə mübarizə aparacaq. Yarımfinal matçları mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası

1/4 finalın cavab oyunları

18 aprel

“Roma” (İtaliya) – “Milan” (İtaliya) 2:1 (ilk oyun 1:0)

Qollar: Mançini, 12. Dibala, 22 – Qabbiya, 85.

“Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:1 (3:0)

Qol: Salah, 7-pen.

“Olimpik” (Marsel, Fransa) – “Benfika” (Portuqaliya) 1:0, penaltilər 3:2 (1:2)

Qol: Mumbaqna, 79.

“Vest Hem” (İngiltərə) – “Bayer” (Almaniya) 1:1 (0:2)

Qollar: M.Antonio, 13 – Frimponq, 89.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO