Sərbəst güləş yığmamız Avropa dördüncüsü oldu - Komanda hesabında

Hazırda oxunan: Sərbəst güləş yığmamız Avropa dördüncüsü oldu - Komanda hesabında

18706

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 idmançı ilə qatılan yığmamız komanda hesabında dördüncü yeri tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Mariya Stadnik bu gün final görüşünə çıxacaq – Diqqətlər Varşavaya yönəlib


Bir gümüş və üç bürünc medal qazanan komandamız 95 xal toplayıb və üçüncü pillədə qərarlaşan Gürcüstandan cəmi 1 xal geri qalıb. Yığmamıza ən çox xalı gümüş medala sahib çıxan Turan Bayramov (70 kq) qazandırıb - 20 xal.

Bürünc medalı boynundan asan güləşçilərimiz - Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) hərəyə 15, beşinci yeri tutanlar - Əhmədnəbi Qvarzatilov (61 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə 10 xalı komandamızın hesabına yazıblar.

Rusiya komandası 206 xalla birinci, Ukrayna isə 113 xalla ikinci olub.

Qeyd edək ki, millimiz bu dəfə Avropa çempionatına əsasən gənc güləşçilərlə qatılıb. Komanda üzvlərinin orta yaş həddi 23 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO