“Neftçi” “Araz-Naxçıvan”la oyuna ciddi itkilərlə ÇIXACAQ 

Hazırda oxunan: “Neftçi” “Araz-Naxçıvan”la oyuna ciddi itkilərlə ÇIXACAQ 

186955

“Neftçi” Azərbaycan Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi oyuna itkilərlə çıxacaq.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” dörd futbolçunun xidmətindən yararlana bilməyəcək.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la oyunda meydanda ola bilməyəcək.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO