Kişi şahmatçıların Azərbaycan çempionatına start verildi - FOTO

Kişi şahmatçıların Azərbaycan çempionatına start verildi - FOTO

Hazırda oxunan: Kişi şahmatçıların Azərbaycan çempionatına start verildi - FOTO

186731

Bu gün kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. 

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Bizim.Media-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə AŞF-nin birgə təşkil etdiyi yarış 9 turdan ibarətdir.

İlk 4 yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam etdirəcək. 20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın Süleymanlıdır.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdur.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO