Dünya Kubokunda 3 medal qazanmaq böyük uğurdur - Azərbaycanlı ağırlıqqaldıran

Dünya Kubokunda 3 medal qazanmaq böyük uğurdur - Azərbaycanlı ağırlıqqaldıran

Hazırda oxunan: Dünya Kubokunda 3 medal qazanmaq böyük uğurdur - Azərbaycanlı ağırlıqqaldıran

186726

“Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda 3 gümüş medal qazanması barədə danışarkən deyib.

O, çəkdiyi əziyyətin qarşılığını gördüyünü bildirib:

“Ağır əməliyyatdan çıxsam da, qısa zamanda özümü toparlaya bildim. Bəlkə də bunun öhdəsindən tam gəldiyimi desəm, yanlış olar. Ancaq çalışdım ki, ölkəmə medalla qayıdım. Bunu da bacardım. Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”.

28 yaşlı idmançı gələcək hədəfləri barədə də danışıb: “Gələcək məqsədim böyükdür. Dünya çempionatına tam yüksək səviyyədə hazırlaşmaq istəyirəm. İndi isə müalicə alacam və bir müddət istirahət edəcəyəm”.

Qeyd edək ki, 109 kiloqramda mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətlə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gələrək, eyni uğura imza atıb.

Toplam 388 kiloqram nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutaraq yarışı 3 gümüş medalla başa vurub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO