Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

Hazırda oxunan: Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

186663

Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.

Bizim.Media xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır.
O, bu yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO