Azərbaycan çempionatının mükafat fondu artırıldı

Azərbaycan çempionatının mükafat fondu artırıldı

Hazırda oxunan: Azərbaycan çempionatının mükafat fondu artırıldı

186482

Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək.  

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 9 turdan ibarət olacaq.

İlk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcək. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaq. 
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat mükafat əldə edəcək.  

Qeyd edək ki, kişi şahmatçılar arasında ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO