Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb - FOTO

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb - FOTO

186012

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşüb.

Bizim.Media xəbər verir ki, M.Cabbarov bu barədə özünün "X" hesabında məlumat verib.

"Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşdə ölkəmizdə güləşə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu.
Azərbaycanda təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq", - deyə M. Cabbarov qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO