
- A-
- A
- A+
Millimiz FİFA reytinqində İRƏLİLƏDİ
FİFA milli komandalarının aprel ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandası əvvəlki kimi 1177,83 xala malikdir.
Amma yığma bir pillə irəliləyərək 112-ci yerdə qərarlaşıb.
Fevral yeniləməsindən sonra milli FİFA mini-turnirlər seriyası çərçivəsində Monqolustan (1:0) və Bolqarıstanla (1:1) qarşılaşmışdı. Azərbaycanın ən yaxın təqibçisi Toqo (1170,34), bir pillə aşağıda isə Konqo (1179,8) yığmasıdır. Millinin Millətlər Liqasının C1 qrupunda yer alan rəqibləri belə sıralanıb: İsveç – 27-ci (1531,68), Slovakiya – 48-ci (1461,55), Estoniya – 123-cü (1141,13).
FİFA reytinqinə Argentina (1858) millisi rəhbərlik edib. Fransa (1840,59) ikinci, Belçika (1795,23) isə üçüncü pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































