
- A-
- A
- A+
Boksçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandı - FOTO
Azərbaycan boksçusu Nicat Hüseynov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bizim.Media xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub.
Bu görüşədək dünya çempionatının bürünc medalçısı Deepak Deepak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan N.Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb.
Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.
Nəticədə boks yığmamızın "Paris-2024"ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. N.Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Olimpiadada iştirakını rəsmiləşdirib.
Qeyd edək ki, İtaliyada Sərxan Əliyev də 1/4 final döyüşünə çıxacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































