Boksçularımız dünya kubokunun finalına yüksəlib

Hazırda oxunan: Boksçularımız dünya kubokunun finalına yüksəlib

181909

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Nəzərov finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.

51 kq-da mübarizə aparan Zidan Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər 3 raundda rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO