“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq - FOTO

“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq - FOTO

Hazırda oxunan: “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq - FOTO

181888

“Şahdağ” Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycanda idmanın bu növü üzrə ilk dəfə keçirilən beynəlxalq turnirdə 11 ölkədən 60-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.

Yarışın sonuncu günündə vertikal növ üzrə üç yaş kateqoriyasında medalçılar bəlli olacaq. Qaliblər Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal, kubok və müxtəlif hədiyyələr ilə təltif olunacaq.

Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı və mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini artırmaqdır.

Qeyd edək ki, ötən gün idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar. Bu növdə U-23 kateqoriyasında çıxış edən Azərbaycan yığmasının üzvü Nəzrin Qəribova gümüş medalın sahibi olub.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO