Qadın şahmatçılarımız 2-ci turda Gürcüstana uduzdu - FOTO

Qadın şahmatçılarımız 2-ci turda Gürcüstana uduzdu - FOTO

Hazırda oxunan: Qadın şahmatçılarımız 2-ci turda Gürcüstana uduzdu - FOTO
180402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə ikinci yoldaşlıq görüşünü keçirib.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma bu dəfə qara fiqurlarla mübarizə aparıb. Startdan əvvəl Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvollik olaraq ilk gedişi yerinə yetirib.
İkinci turda 4 partiyada qalib müəyyənləşməyib. Bir oyunda isə Nino Baçiaşvili millimizin üzvü Ülviyyə Fətəliyevadan üstün olub.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO