Pike: \"Qvardiola dünyanın ən yaxşı məşqçisidir\"

Hazırda oxunan: Pike: \"Qvardiola dünyanın ən yaxşı məşqçisidir\"

179724

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardioladan danışıb.

Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, o, 2008-2012-ci illərdə Kataloniya təmsilçisinə rəhbərlik etmiş mütəxəssisi dünyanın ən yaxşı məşqçisi adlandırıb:

“Qvardiola dahidir. Mənim üçün və çoxları üçün o, futbol tarixinin ən yaxşı məşqçisidir. Qvardiola bütün lazımi keyfiyyətlərə malikdir. O, "Barselona"nın ən yaxşı dövrünə rəhbərlik edib. Düşünürəm ki, Qvardiola karyeramızda çoxumuza kömək edib. Xosep hər gün sübut edir ki, o, ən yaxşıdır”.
Qeyd edək ki, Qvardiola karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti”ni çalışdırıb. Mütəxəssis bu 3 klubla ümumilikdə 37 kubok qazanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO