Ayan Allahverdiyeva Azərbaycan çempionu OLDU 

Ayan Allahverdiyeva Azərbaycan çempionu OLDU 

Hazırda oxunan: Ayan Allahverdiyeva Azərbaycan çempionu OLDU 

178854

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.  

Bizim.Media xəbər verir ki, 7 turdan sonra 5,5 xal toplayan Ayan Allahverdiyeva karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub. 

Ölkə çempionundan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.  Hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurub.  
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib.

Mükafat fondu ilk beşlikdə yer alan şahmatçılar arasında bölünür. Qalib şahmatçı 6 min manat əldə edir. Çempionatda ilk iki yeri tutan şahmatçılar Ayan Allahverdiyeva ilə Nərmin Abdinova Avropa çempionatına ezam olunacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO