Çempionlar Liqası: “Bavariya” məğlub oldu, PSJ qalib gəldi

Çempionlar Liqası: “Bavariya” məğlub oldu, PSJ qalib gəldi

Hazırda oxunan: Çempionlar Liqası: “Bavariya” məğlub oldu, PSJ qalib gəldi

178229

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İtaliya təmsilçisi “Latsio” Almaniyanın “Bavariya” klubu ilə qarşılaşıb.

Bizim.Media  xəbər verir ki, İtaliyada reallaşan görüşdə “Latsio” 1:0 hesabı ilə rəqibinə qalib gəlib.

Oyunda yeganə qolu 69-cu dəqiqədə Çiro İmmobile penaltidən vurub.

Günün digər oyununda Fransanın PSJ klubu İspaniyanın “Real Sosyedad”ına 2:0 hesabı ilə qalib gəlib. Görüş Parisin "Park des Princes" stadionunda baş tutub. Qolları Kilian Mbappe (58-ci dəqiqə) və Bredli Barkola (71-ci dəqiqə) vurub.

Cavab qarşılaşmaları martın 5-də müvafiq olaraq Münxen və San-Sebastyan şəhərlərində baş tutacaq.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO