Basketbol üzrə milli komandalarımız Ermənistan yığmaları ilə eyni qrupa düşüb

Basketbol üzrə milli komandalarımız Ermənistan yığmaları ilə eyni qrupa düşüb

Hazırda oxunan: Basketbol üzrə milli komandalarımız Ermənistan yığmaları ilə eyni qrupa düşüb
176848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Basketbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının Avropa çempionatındakı rəqibləri bəlli olub.

Azərbaycan Basketbol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 20 yaşadək oğlan basketbolçulardan ibarət yığma B divizionun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələri ilə qarşılaşacaq. 

Bu qrupun oyunları iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək.

18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi iyulun 23-28-də Albaniyanın Elbasan şəhərində təşkil olunacaq C Divizionunun B qrupunun oyunlarında Moldova, Ermənistan və Monako komandaları ilə üz-üzə gələcək.

Eyni yaş qrupu üzrə qızlardan ibarət kollektiv isə həmin tarixlərdə Kosovonun Priştina şəhərində keçiriləcək C divizionunun B qrupunun matçlarında Albaniya, Gürcüstan və Ermənistan yığmalarını sınağa çəkəcək.

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi C Divizionunda Albaniya, Malta və Moldova ilə birlikdə A qrupunda mübarizə aparacaq. Görüşlər iyulun 9-14-də Albaniyanın Durres şəhərində olacaq.
Eyni tarixlərdə qızlardan ibarət U-16 yığması isə C divizionunun A qrupunda Gürcüstan, Ermənistan və Kipr seçmələrinə rəqib olub. Bu qrupun oyunları Cəbəllütariqdə keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO