
- A-
- A
- A+
Kişilərdən ibarət voleybol millimiz reytinqdə gerilədi
Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, cədvəldə Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.
Qadın voleybolçulardan ibarət millimiz 112,41 xalla dünyanın 31-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisə mövqeyini qoruyub. Qadın yığmaların cədvəlinə Türkiyə başçılıq edir. Onların aktivində 397,46 xalı var. “Ay-ulduzlular”ı ABŞ izləyir (358,62 xal). “Üçlüy”ü Braziliya qapayır – 352,55 xal.
Kişilərdən ibarət komandamız isə geriləyib. Onlar 46-cı yerdən 75-ci pilləyə eniblər. 29 rəqibini özündən irəli buraxan millinin aktivində 33,33 xalı var.
İlk “üçlük” də dəyişməz qalıb. Polşa (421,14), ABŞ (390,91) və İtaliya (342,43) ön sıralarda qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































