“Neftçi” bu gün “Sumqayıt”ın qonağı olacaq

“Neftçi” bu gün “Sumqayıt”ın qonağı olacaq

Hazırda oxunan: “Neftçi” bu gün “Sumqayıt”ın qonağı olacaq

175897

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 16:00-da start götürəcək.

Digər oyunda isə “Sumqayıt” doğma meydanda “Neftçi”ni sınağa çəkəcək. “Kapital Bank Arena”dakı görüş saat 19:00-da başlayacaq.
Bu mərhələnin ötən gün keçirilmiş oyunlarında “Zirə” “Səbail”ə 2:1, “Qarabağ” isə “Sabah”a 7:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da oynanılacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO