“Abşeron” və “Azərreyl” qalib gəldi, UNEC uduzdu

“Abşeron” və “Azərreyl” qalib gəldi, UNEC uduzdu

Hazırda oxunan: “Abşeron” və “Azərreyl” qalib gəldi, UNEC uduzdu

173721

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutub. 

“Gəncə” - “Abşeron” 5 set davam edib. Qonaqlar 2:0 hesabı ilə önə keçsələr də, arxayınçılığın qurbanı olublar. Meydan sahibləri set sayını bərabərləşdirsələr də, taybreykdə "Abşeron" qələbə qazanıb. 
Qonaq komanda itirilən bir xal nəticəsində 3-cü pilləyə enib. “Murov Az Terminal” UNEC, “Azərreyl” isə “Milli Aviasiya Akademiyası” ilə oyunlarda çətinlik çəkməyib. 

Qeyd edək ki, “Azərreyl” iki xal fərqi ilə lider mövqeyində qərarlaşıb. “Murov Az Terminal” və "Abşeron" eyni xala malik olsa da, set fərqinə görə, birincilər ikinci pillədə yer alıblar.

16 yanvar

Yüksək Liqa, qadınlar

IX tur

15:00. “Gəncə” - “Abşeron” - 2:3 (17:25, 23:25, 25:18, 26:24, 9:15)

Gəncə Olimpiya İdman Kompleksi

18:00. UNEC - “Murov Az Terminal” - 0:3 (11:25, 6:25, 14:25)

UNEC VK-nın İdman zalı

18:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası” - 3:0 (25:22, 26:24, 25:13)

GİN-in Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO