Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçildi

Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçildi

Hazırda oxunan: Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçildi

173590

Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimi Londonda keçirilib.

Mükafata İngiltərənin “Mançester Siti” klubunda çıxış edən norveçli hücumçu Erlinq Haaland və fransalı PSJ-nin hücumçusu Kilian Mbappe də namizəd olub.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində Qətərdə dünya çempionu oldu. Hücumçu yeddi matçda yeddi qol vuraraq turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Forvard ötən mövsümü “Paris Saint-Germain”də keçirib. Burada Fransa çempionu və turnirin ən yaxşı assistenti (16 məhsuldar ötürmə) olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO