“Araz Naxçıvan” – “Səbail” oyununda heç-heçə - FOTO/VİDEO

“Araz Naxçıvan” – “Səbail” oyununda heç-heçə - FOTO/VİDEO

Hazırda oxunan: “Araz Naxçıvan” – “Səbail” oyununda heç-heçə - FOTO/VİDEO

167162

Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib. 

Bizim.Media xəbər verir ki, turun açılış matçında “Araz-Naxçıvan” Mərdəkanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. 

Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Günün digər matçı isə “Turan Tovuz”la “Sumqayıt” arasında keçiriləcək.

“Kəpəz” – “Sabah” və “Neftçi” – “Zirə” oyunları sabah, “Qarabağ” – “Qəbələ” matçı 4 dekabrda keçiriləcək.

Misli Premyer Liqası

15-ci tur

2 dekabr

“Araz-Naxçıvan” – “Səbail” 1:1

Qollar: Məhəmməd Kadiri, 18 – Numan Kurdiç, 90+3.

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev

Bakı. “Dalğa Arena”, 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç.

Baş məşqçi: Azər Bağırov.

Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.

Baş məşqçi: Şahin Diniyev.
 


Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO