Azərbaycan Kuboku: Daha 4 komanda 2-ci mərhələyə adladı

Azərbaycan Kuboku: Daha 4 komanda 2-ci mərhələyə adladı

Hazırda oxunan: Azərbaycan Kuboku: Daha 4 komanda 2-ci mərhələyə adladı

166749

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin görüşləri davam edir. Bizim Media xəbər verir ki, bu gün artıq daha 4 matç keçirilib.

Bizim.Media xəbər verir ki, “Şahdağ Qusar”ı minimal hesabla üstələyən “Qaradağ Lökbatan” növbəti mərhələyə adlayıb.

I Liqa təmsilçisi 1/8 finalda “Neftçi”yə rəqib olub. Premyer Liqa təmsilçisi “Kəpəz” isə II Liqanın lideri “Baku Sportinq”i əlavə vaxtda vurduğu qollarla üstələyə bilib. Qərb təmsilçisinin növbəti rəqibi “Sabah” olacaq.

Digər Premyer Liqa təmsilçilərinə gəlincə, “Araz-Naxçıvan” “Kür-Araz”a şans verməyərək 1/8-ə adlayıb. Azər Bağırovun komandasının növbəti mərhələdəki rəqibi “İrəvan” olacaq.

Bu günə “Lerik” – “Sumqayıt” matçı ilə yekun vurulub. Sumqayıt təmsilçisi də rəqibinə 6 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Bu komandanı növbəti mərhələdə “Karvan”la duel gözləyir.
Mərhələyə sabah baş tutacaq 2 matçla (“Zaqatala” – Şamaxı” və “İmişli” – “Mingəçevir”) yekun vurulacaq.

Azərbaycan Kuboku

2-ci təsnifat mərhələsi

29 noyabr

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1

Qol: Sultan Mustafayev, 60.

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov
Şamaxı OİK stadionu.

“Kəpəz” – “Baku Sportinq” 2:0

Qollar: Nemət Musayev, 99, Martins Junior, 107.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Tovuz şəhər stadionu.

“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6

Qollar: Ramazan Abbasov, 52 – Məhəmməd Kadiri, 21, Nicat Süleymanov, 47, 87, 90+2. Orxan Əliyev, 65, 88.

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev

“Dalğa Arena”.

“Lerik” – “Sumqayıt” 0:6

Qollar: Rövlan Muradov, 19. Sənan Muradlı, 41. Erik Sorqa, 54. Kamran Quliyev, 68; 80. Nihad Əhmədzadə, 77-pen.

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov

“Kapital Bank Arena”.

20:24

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO