“Kür” çempionatın vahid lideri oldu

“Kür” çempionatın vahid lideri oldu

Hazırda oxunan: “Kür” çempionatın vahid lideri oldu

166417

Həndbol üzrə Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, kişilərin yarışında “İdman Akademiyası” – “Azəryol” görüşü ikincilərin 45:36 hesablı qələbəsi ilə yekunlaşıb. 

“Bakı” autsayder “Dinamo” önündə büdrəməyib – 46:21. Şərikli iderlər “Kür” və “Qarabağ” komandaları bu turda üz-üzə gəliblər. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mərkəzi matçda 27:20 hesabı ilə qələbə qazanan “Kür” vahid liderliyə yüksəlib.
Qadınların mübarizəsində də “Kür” turu qalibiyyətlə başa vurub. Mingəçevirdə “Bakı”nı qəbul edən komanda rəqibə heç bir şans verməyib – 48:8. Digər qarşılaşmada isə “Azəryol” “İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlubiyyətə uğradıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO